Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən noyabr ayının 24-də növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbir Gəncə şəhər 26 saylı orta məktəb-lisey kompleksində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda təşkil olunmuşdur.

Təbliğat xarakterlı tədbirdə Gəncə şəhər Təhsil şöbəsinin nümayəndələri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdir. 

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin zəlzələ zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaq, eləcə də sel və daşqınlar zamanı davranış qaydalarını izah etmək olmuşdur.

Tədbirdə Mərkəz əməkdaşları tərəfindən zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, zəlzələ zamanı yaşayış evlərində hansı divarların daha az dayanıqlığa malik olması, zəlzələdən dərhal sonra hansı qaynar xətlə əlaqə saxlanılması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə, həmçinin, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Sel və daşqınlar zamanı davranış qaydaları” mövzularında hazırlanmış bukletlər paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar nümayiş olunmuş, göstərilən materiallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu