Geri

FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində seminar keçirilmişdir

Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahəyə dövlət nəzarətinin təşkili və ionlaşdırıcı şüalanma mənbələrinin Dövlət Reyestrinin yaradılmasının vacibliyi məsələlərinin müzakirəsi və bununla bağlı maarifləndirmə məqsədilə 20 və 22 noyabr 2012-ci il tarixlərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində “Tibb müəssisələrində ionlaşdırıcı şüalanma mənbələrinin inventarlaşdırılması” mövzusunda seminar keçirilmişdir. İki gün davam edən Seminara Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət müəssisələrində və özəl tibb mərkəzlərində çalışan həkim rentgenoloqlar, radiasiya təhlükəsizliyinə cavabdeh şəxslər və s. dəvət edilmişdir.

Seminarı giriş sözü ilə Agentliyin rəisi vəzfəsini müvəqqəti icra edən Vüqar Hüseynov açmış və ölkədə son illər ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülmüş işlər, Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti və seminarın məqsədi haqqında məlumat vermişdir.

Bundan sonra Agentliyin əməkdaşları “Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyət istiqamətləri”, “Radiasiya təhlükəsizliyi haqqında ümumi məlumat”, “Radiasiya təhlükəsizliyi üzrə attestasiyanın keçirilməsi”, “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinə dair qanunvericilik və tələblər”, “Nüvə və radioloji fəaliyyətlə əlaqəli fəaliyyət növlərinə xüsusi icazələrin verilmə Qaydaları”, “İonlaşdırıcı şüalanma mənbələrinin inventarlaşdırılması”, “İnventarizasiya məlumatlarının düzgün doldurulması ” mövzularında təqdimatlarla çıxışlar etmişlər.

Tədbirdə seminar iştirakçıları ilə fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmış və sonda iştirakçılara rentgen aparatları və qurğuları barədə inventarlaşdırma məlumatlarının düzgün doldurulmasına dair Təlimat təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Azərbaycan Texnologiya Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu