Geri

FHN Bakı Regional Mərkəzi Nizami RİH-də də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi (BRM) noyabr ayının 22-də Nizami Rayon İcra Hakimiyyətində (RİH) yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirmişdir.

RİH-nin aidiyyəti əməkdaşlarının, müvafiq rayon idarə və təşkilatlarının, təhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi müşavirədə çıxış edən Nizami RİH-nin başçısı Tahir Budaqov və BRM-i rəisinin müavini tibb xidməti polkovniki Cəfər Məmmədov tədbirin əhəmiyyətindən və xüsusilə, payız-qış mövsümündə baş verən yanğın-partlayış hadisələrindən bəhs etmiş, bu hallarla mübarizə yollarını vurğulamışlar. Bundan əlavə, dəm qazından zəhərlənmə halları və onların qarşısının alınmasında maarifləndirmə işinin zəruriliyi qeyd olunmuşdur.

Müşavirədə “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında mühazirələr tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Müşavirənin gedişində Fövqəladə Hallar Nazirliyi haqqında və yanğın təhlükəsizliyi ilə bağlı video materiallar da nümayiş olunmuşdur.

 

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu