Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Beyləqan şəhəri Təbiət və humanitar fənlər üzrə liseyində ”Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Mərkəz əməkdaşları iştirakçılara Fövqəladə Hallar Nazirliyi və Qarabağ Regional Mərkəzinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlar vermiş, onlara “Fövqəladə halların təsnifatı”, “Fövqəladə hallar zamanı mülki müdafiə tədbirləri”, “Qeyri-standart elektrik, qaz və maye sobalarının istifadəsi zamanı baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması”, “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında məruzələr etmişlər. Qarşılıqlı fikir mübadiləsi aparıldıqdan sonra kollektivi maraqlandıran suallar cavablandırılmışdır.

Daha sonra təhsil müəssisəsində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədi ilə regional mərkəz əməkdaşları mövcud inzibati və yardımçı binaların elektrik təsərrüfatına baxış keçirmişlər. Yanğına səbəb ola biləcək faktların aradan qaldırılması vasitələrindən söhbət açılmış, lisey rəhbərliyinə bununla bağlı təkliflər verilmişdir.

Təbliğat xarakterli tədbirdə rayon Təhsil şöbəsinin əməkdaşları da iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu