Geri

Sumqayıt şəhər Uşaq xəstəxanasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən 31 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhər Uşaq xəstəxanasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

FHN Sumqayıt Regional Mərkəzi ilə Sumqayıt şəhər Səhiyyə Şöbəsi arasında razılaşdırılmış Tədbirlər Planına əsasən şəhərin səhiyyə ocaqlarında keçirilən bu silsilə maarifləndirmə tədbirlərində əsas məqsəd səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarına əməletmə vərdişlərinin təkmilləşdirilməsi, hadisələr zamanı xilasedicilərlə birgə fəaliyyətin aşılanması olmuşdur.

Tədbirdə Sumqayıt şəhər Səhiyyə Şöbəsinin əməkdaşları, xəstəxananın tibbi personalı və texniki işçiləri iştirak etmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Elektrik cərəyanı haqqında anlayış. İnsanın elektrik cərəyanının təsirindən azad edilməsi barədə məlumat”, “Fərdi mühafizə vasitələri”, “Təbii və texnogen xarakterli fövqəladə hadisələr” mövzularında çıxışlar etmişdir.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, onun strukturu haqqında sənədli film nümayiş etdirilmişdir. Sonda tədbir iştirakçıları ilə qarşılıqlı fikir mübadiləsi aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu