Geri

FHN Gəncə Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən 30 oktyabr 2012-ci il tarixində növbəti maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbirlər Ağstafa rayon İsmət Qayıbov adına 3 saylı və Çaylı 1 saylı kənd tam orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda yuxarı sinif şagirdlərinin iştirakı ilə baş tutmuşdur.

Təbliğat xarakterlı tədbirlərdə rayon təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivləri iştirak etmişlər. 

Tədbirin keçirilməsində əsas məqsəd əhalinin zəlzələ zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaq, eləcə də sel və daşqınlar zamanı davranış qaydalarını izah etmək olmuşdur.

Tədbirlərdə zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, zəlzələ zamanı yaşayış evlərində hansı divarların daha az dayanıqlığa malik olması, zəlzələdən dərhal sonra hansı qaynar xətlə əlaqə saxlanılması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə Mərkəz əməkdaşları tərəfindən ətraflı məlumat verilmişdir.

Həmçinin, “Hansı hallarda FHN-nin “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Sel və daşqınlar zamanı davranış qaydaları” mövzularında hazırlanmış bukletlər paylanılmış, Mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar göstərilmiş və göstərilən materiallarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu