Geri

Yanğın təhlükəsizliyi diqqət mərkəzindədir

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzi 24 oktyabr 2012-ci il tarixində Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi məsələlərinə həsr olunmuş müşavirə keçirmişdir.

Müşavirədə çıxış edənlər tədbirin əhəmiyyətindən bəhs etmiş, baş verən yanğın faciələrinin qarşısının alınması üçün əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu vurğulamışlar.

Müşavirədə Mərkəzin əməkdaşları ilə yanaşı, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Nərimanov rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin nümayəndələri “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri”, “Yanğının başvermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları”, “Yanğın təhlükəsizliyi qaydaları”, “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti” mövzusunda çıxışlar etmişlər.

Müşavirənin gedişində yanğın təhlükəsizliyi ilə bağlı videomaterial da nümayiş olunmuşdur. Çıxışlar interaktiv formada elektron vasitələrin köməkliyi ilə təqdim olunmuşdur.

Keçirilən müşavirə iştirakçılar tərəfindən böyük razılıq və maraqla qarşılanmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu