Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

17 oktyabr 2012-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzi Ağdam rayonu Evoğlu kənd Körpələr evi - uşaq bağçasında “Fövqəladə hallarda uşaqların davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Mərkəz əməkdaşları iştirakçılara “Yanğın hadisəsi zamanı təhlükəsizlik qaydaları”, “Fövqəladə hallar zamanı uşaqların qorunması qaydaları”, “Tanımadığınız əşyalarla (şübhəli elementlərlə) rastlaşarkən necə davranmalı” mövzularında geniş məlumat vermişlər. Tədbirdə Mərkəzin inzibati ərazisinə daxil olan rayon məktəblilərinin mövzuya uyğun olaraq hazırladıqları rəsm, plakat və başqa əl işlərinin sərgisi təşkil olunmuş, onların zəlzələ, sel, yanğın hadisələrini - ümumiyyətlə, təbii və texnogen xarakterli fövqəladə halları əks etdirən şəkil və plakatları nümayiş etdirilmişdir. Uşaqlarla “Hansı fövqəladə hadisələri tanıyırıq?” mövzusunda sorğu keçirilmişdir.  

Sonda uşaqlarla “Zəlzələ zamanı təxliyyə qaydaları” mövzusunda oyun təşkil edilmiş, şərti olaraq “Zəlzələ!” həyəcanı siqnalı verilərək, uşaqların binadan təcili və təhlükəsiz olaraq təxliyyəsi həyata keçirilmişdir.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin müəllim heyəti, texniki işçilər, valideynlər və uşaqlar iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Yevlax Dəmiryol stansiyasında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu