Geri

Hazırlıqsız təcrübə, təcrübəsiz inkişaf, inkişafsız isə kamillik ola bilməz

Qarşısına qoyulmuş vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək məqsədilə Bakı Regional Mərkəzinin əməkdaşları daim yüksək hazırlıq vəziyyətində olmalıdırlar. Bunun üçün Bakı Regional Mərkəzində mütəmadi olaraq Mərkəzin fəaliyyət planına əsasən təlim-toplantılar, qərargah məşqləri keçirilir. Növbəti belə bir tədbir avqustun 3-4 də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin təşkili” mövzusunda keçirilən qərargah məşqi olmuşdur.

Avqustun 3-də başlayan qərargah məşqini giriş sözu ilə  FHN-in Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik Kamil Bağırov açmışdır. O demişdir ki, məşqin  keçirilməsində məqsəd idarə heyəti və zabitlərin funksional vəzifələrinin və baş verən fövqəladə hallar zamanı zəruri addımların atılmasına hazırlıq səviyəsinin yoxlanılmasından ibarətdir. Bundan əlavə  zabit heyətinə sənədlərin hazırlanması ilə bağlı bacarıq və vərdişlərin aşılanması və təkmilləşdirilməsi istiqamətində tapşırıqlar verilmiş, mərkəzin struktur bölmələrinin müxtəlif fövqəladə hallar şəraitində test məşqləri keçirilmişdir. Həm nəzəri, həm də praktiki məşğələlər şəxsi heyətə yüksək mənəvi və psixoloji keyfiyyətlərin aşılanması ilə müşayiət olunmuşdur.

Məşq iki mərhələ üzrə keçirilmişdir. 1-ci mərhələ - Mərkəzin struktur bölmələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, “Həyəcan siqnalı ilə qaldırılması, “Yüksək hazırlıq və “Fövqəladə hal rejim dərəcəsinə gətirilməsi, fövqəladə hal rayonuna yürüş, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına və digər təxirəsalınmaz işlərin aparılmasına başlanılması. Tədris suallları - Mərkəzin struktur bölmələrinin xəbərdar edilməsi, “Həyəcan” siqnalı ilə qaldırılması, “Yüksək” hazırlıq və “Fövqəladə” hal rejim dərəcəsinə gətirilmə zamanı həyata keçirilən fəaliyyətlər; Mərkəzin struktur bölmələrinin “Fövqəladə”  rejim dərəcəsinə gətirilməsi və fövqəladə hal rayonuna çıxması barədə qərarın qəbul edilməsi, fövqəladə hal rayonuna yürüşün həyata keçirilməsi üzrə fəaliyyətlər; əməliyyat tapşırıgının təhlili və vəziyyətin qiymətləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə qərarın qəbul edilməsi, hərtərəfli təminatın və koordinasiyanın təşkili, əməliyyat əmrinin verilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin aparılması üzrə fəaliyyətlər.

 2-ci mərhələdə - Fövqəladə halların nəticələrinin aradan qaldırılması və digər təxirəsalınmaz işlərin başa çatdırılması, Mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətlər.  Tədris suallları – Fövqəladə halların nəticələrinin aradan qaldırılması və diqər təxirəsalınmaz işlərin aparılması zamanı idarəetmənin,həmçinin əməliyyata cəlb olunan qurumlarla qarşılıqlı əlaqənin təşkili və həyata keçirilməsi üzrə fəaliyyətlər;  fövqəladə halların nəticələrinin aradan qaldırılması və diqər təxirəsalınmaz işlərin başa çatması ilə əlaqədar növbətçi əməliyyat qrupunun müəyyənləşdirilməsi, şəxsi heyət, texnika, avadanlıq və əmlakın yoxlanılması, Mərkəzin struktur bölmələrinin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətlər.

Qərargah məşqlərini hazırlayan zabitlər məşq zamanı fövqəladə hal baş verən andan etibarən müvafiq xidməti təlimatlara uyğun olaraq atılmalı olan hər bir addım barədə şəxsi heyətə ətraflı məlumat vermiş və daha sonra “İşgüzar oyun” formatında praktik məşğələlərə keçilmiş – nümunə kimi Bakı şəhəri, Səbail rayonu ərazisində fərz olunan 7 fövqəladə hal modelləşdirilmiş və döyüş tapşırığı kimi məşğələ iştirakçılarının qarşısına qoyulmuşdur. Tapşırıqlar Mərkəzin bütün struktur bölmələrini əhatə edən məşğələ iştirakçıları tərəfindən yüksək səviyyədə yerinə yetirilmişdir. Bu şəxsi heyətin Bakı şəhərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya vermə bacarığını bir daha sübut etmişdir. Bu fikir avqustun 4-də qərargah məşqinə yekun vurularkən səsləndirilmişdir.

Məşqin gedişində dinləicilər Mərkəzin akt zalında nəzəri-praktiki çıxışları dinləmiş, məşqin proqramı çərçivəsində fəaliyyət göstərən qrupların işini, bilavasitə onların iş otaqlarında izləmiş, mərkəzyanı ərazidə BRM-nin sərəncamında olan xüsusiləşdirilmiş texnika və avadanlıqlarla tanış olmuşlar.

Qərargah məşqində Bakı şəhər və rayonların İcra hakimiyyəti aparatlarının mülki müdafiə qərargahlarının rəisləri, FHN-nin mərkəzi aparatından, regional mərkəzlərdən və digər strukturlardan nümayyəndələr iştirak etmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu