Geri

FHN Bakı RM yay çimərlik mövsümünə hazırlıq çərçivəsində silsilə maarifləndirmə tədbirlərini davam etdirir

2011-ci il iyun ayının 29-da Səbail Rayon İcra Hakimiyyəti ilə birgə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının aparatının məsul işçiləri, rayon təşkilatlarının, Səbail rayonunun dənizkənarı ərazisində yerləşən çimərliklərdə fəaliyyət göstərən təşkilat və obyektlərin rəhbərləri iştirak etmişlər.

Müşavirədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 oktyabr tarixli 216 nömrəli qərarı ilə qüvvəyə minmiş “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan vəzifələr, cari yay mövsümündə əhalinin istirahəti üçün lazımi şəraitin yaradılması və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində qarşıda duran məsələlər müzakirə edilmişdir.

Müşavirədə FHN-nin Bakı Regional Mərkəzinin rəis müavini-tibb xidməti polkovniki Cəfər Məmmədov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və onun struktur bölmələri”, Bakı Regional Mərkəzinin Operativ reaksiyavermə və əməliyyat planlaşdırma idarəsinin operativ məlumat şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyev “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatları çatdırmış və praktik tövsiyələr vermişlər. Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elbrus Əhmədov “Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Bakı Şəhər 3 saylı Təcili Tibbi Yardım Stansiyasının müdiri Əhməd Cəfərov “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Səbail rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova “Çimərlik dəniz suyunun təmizlik vəziyyəti”, “Min bir Gecə” çimərliyinin nümayəndəsi Daşdəmir Qəmbərov Çimərliklərin yay mövsümünə hazır olmasının vəziyyət və çimərliklərdə görülən işlər”, Səbail rayon 8-ci Polis bölməsinin polis baş leytenantı Ədalət Məmmədov isə “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında çıxış edərək rayonun çimərlik mövsümünə hazırlıq vəziyyəti haqqında məlumat vermiş və vətəndaşların dənizkənarı kütləvi istirahət yerlərində mümkün bədbəxt hadisələrin qarşısının alınması üçün tədbirlər görüldüyünə müşavirə iştirakçılarını əmin etmişlər.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu