Geri

“Cəsurlar” hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyi keçirildi

Fövqəladə Hallar, Gənclər və İdman, Müdafiə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, KHVTİC Respublika Şurasının birgə təşkilatçılığı Cəmşid Naxçıvanski adına hərbi liseydə aprel ayının 9-da “Cəsurlar” hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyi keçirildi. Yarışın keçirilməsində məqsəd yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına cəlb edilməsi, onların ordu sıralarında və Fövqəladə Hallar Nazirliyinin hərbi və xüsusi birləşmələrində xidmətə hazırlanması və turizm hərəkatının inkişaf etdirilməsindən  ibarətdir.

Yarışda Binəqədi, Qaradağ, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Suraxanı, Xətai, Sabunçu, Səbail, Yasamal, Zəngilan, Laçın rayonlarının və Şuşa şəhərinin komandaları iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Bundan sonra təşkilatçılar  yarışın keçirilməsi barədə çıxışlar etdilər.

Komandalar təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçdilər. Daha sonra komandalar sıra hazırlığı mərhələsində öz bacarıqlarını nümayiş etdirdilər.

Gərgin mübarizə şəraitində keçən "Cəsurlar" hərbi-idman və turizm yarışlarının Bakı şəhər birinciliyində Nəsimi rayonunun komandası 1-ci, Binəqədi rayonunun komandası 2-ci, Suraxanı rayonunun komandası isə 3-cü yerə layiq görüldü. Bu komandalara yarışın sonunda hədiyyələr və diplomlar, mülki müdafiə sahəsini əhatə edən mərhələlərdə fərqləndiklərinə görə Nəsimi rayonunun komandasına xüsusi hədiyyə təqdim olundu.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayonu ərazisində biçin işləri aparan texnika sahibləri və fərdi təsərrüfat sahibləri ilə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə “Aqroservis” ASC-nin Beyləqan, Xocavənd və Ağdam rayon filiallarında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi onlayn şəkildə maarifləndirmə tədbiri keçirib

2 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Lerik rayon Noda kənd ümumi orta məktəbin müəllim və şagird kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu