15 aprel 2011-ci il tarixdə FHN Şimal-qərb Regional Mərkəzinin əməkdaşları Qəbələ şəhər 2 № -li orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə iştirakçılara Mərkəzin Xüsusi Xilasetmə hissəsinin Mersedes Sprinter xüsusi təyinatlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsində komplekləşdirilmiş xilasetmə alət və avadanlıqları haqqında, insanların tez-tez rastlaşdığı nəqliyyat qəzaları zamanı və digər hallarda xilasedicilər gələnə qədər müşahidəçilərin nə etmələri, yaralılara ilkin tibbi yardımın göstərilməsi, insanların xilasedicilərlə birgə fəaliyyəti və sair haqqında nəzəri və praktiki olaraq ətraflı məlumatlar verilmişdir.
Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağdam rayon ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və ot biçini dövründə yanğın hadisələrinin qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirib....
Ardını oxuFHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad rayonu ərazisində biçin işləri aparan texnika sahibləri və fərdi təsərrüfat sahibləri ilə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə “Aqroservis” ASC-nin Beyləqan, Xocavənd və Ağdam rayon filiallarında yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə tədbirləri keçirib....
Ardını oxu2 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Lerik rayon Noda kənd ümumi orta məktəbin müəllim və şagird kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....
Ardını oxu