Geri

FHN-nin Şimal-qərb Regional Mərkəzində təlim keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə həyata keçirdiyi “Riskə məruz qalma ehtimalı olan ərazilərdə fəlakət riskinin azaldılmasına yönəlmiş tədbirlərin dəstəklənməsi” layihəsi çərçivəsində 27 fevral 2011-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində təlim keçirilmişdir.

Sözügedən layihəyə əsasən Şəki və Zaqatala rayonlarının seçilmiş məktəblərinin müəllimləri üçün nəzərdə tutulmuş təlimdə Nazirliyin mərkəzi aparatının, Bakı Regional Mərkəzinin, o cümlədən Təhsil Nazirliyi və UNICEF`in nümayəndələri iştirak etmişdir.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə halları əks etdirən geniş təqdimatlar və müxtəlif xilasetmə avadanlıqları nümayiş etdirilmişdir. Sonda iştirakçılara fövqəladə hallar sahəsində müxtəlif əyani metodiki vəsaitlər təqdim edilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu