Geri

“Fövqəladə hallar zamanı özünü necə aparmalı”

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların xəbərdar edilməsi Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşları 15 fevral 2011-ci il tarixində Bakı şəhəri, Yasamal rayonunun 20 saylı orta məktəbində “Fövqəladə hallar zamani özünü necə aparmalı” mövzusunda maarifləndirici tədbir keçirmişlər. Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları, Respublika uşaq təşkilatının rəhbəri, millət vəkili Gülər Əhmədova, 20 saylı orta məktəbin şagirdləri və müəllim kollektivi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak etmişlər.

Tədbirin məqsədi məktəbliləri təbii və texnogen xarakterli fövqəladə hallar barədə maarifləndirmək və respublikamızda baş verə biləcək hər hansı bir fövqəladə hal zamanı davranış qaydalarını onlara öyrətməkdir.

Tədbirdə yanğın zamanı zəruri hərəkətlər və yanğınsöndürmə avadanlıqlarından istifadə yolları, təbii və texnogen xarakterli fövqəladə hal baş verdikdə əhalinin xilas edilməsi, çimərlikdə təhlükəsizlik qaydaları, suda boğulana ilk tibbi yardımın göstərilməsi ilə bağlı çıxışlar olmuşdu. Uşaqların nəzərinə çatdırılmışdır ki, hər hansı bir fövqəladə hal baş verdikdə şəhərdaxili telefonlardan və ya bütün növ mobil operatorlardan “112” qaynar xəttinə zəng edə bilərlər. Qaynar xətt 24 saat daima fəaliyyət göstərir.

Tədbirdə iştirak edən Respublika Uşaq təşkilatının sədri, millət vəkili Gülər Əhmədova yol qəzaları zamanı uşaqların psixikasına mənfi təsir edən amillər barədə danışdı.

Tədbirin sonunda şagirdlərə Nazirlik tərəfindən hazırlanmış “Fövqəladə Hallarda Təhlükəsizlik: özünə və başqalarına kömək etməyi bacar” adlı kitablar paylanılmış və qeyd olunmuşdu ki, maarifləndirmə tədbirləri Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən davamlı olaraq respublikamızın müxtəlif şəhər və rayonlarında keçiriləcəkdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu