Geri

FHN-in Bakı Regional Mərkəzi silsilə maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir.  Növbəti belə tədbir Bakı şəhəri, Nizami rayonunda yerləşən 229 nömrəli orta məktəbdə keçirilmişdir. Cari ilin noyabr ayının 30-da “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda keçirilmiş bu nəzəri və praktik tədbirin əsas məqsədi müəllim və şagirdlərə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı davranış qaydalarının aşılanması olmuşdur.

Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzi və Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları maraqlı məruzə və təqdimatlarla çıxış etdilər. Daha sonra tədbir iştirakçılarına artıq ənənəyə çevrilən zəlzələ mövzusunda  səhnəcik nümayiş olunmuşdur. “İşgüzar oyun” formatında nümayiş olunan bu tamaşada dərs prosesində baş vermiş zəlzələ zamanı şagirdlərin zəruri və ilkin davranış qaydaları nümayiş etdirilmişdir. Nümayişlərdən sonra FHN-in fəaliyyəti barədə sənədli film göstərilmişdir.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir. Əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələri, akvalanq, xilasetmə və üzmə vasitələri, yanğınsöndürən maşın və onun tərkibində olan avadanlıqlar, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və  qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu

Gəncədə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu