Geri

FHN Muğan Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin əməkdaşları 20 dekabr 2011-ci il tarixində Sabirabad şəhəri, M.Müşviq adına 4 saylı orta məktəbində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli”, 23 dekabr 2011-ci il tarixində Saatlı rayonu, V.Əzimov adına Qırağlı kənd tam orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı” mövzularında maarifləndirmə tədbirləri keçirmişdir.

Tədbirdə son vaxtlar ölkə ərazilərində baş vermiş yanğın hadisələri, dəm qazından boğulma halları haqqında çıxış edilmişdir.

Həmçinin, Mərkəzin əməkdaşları müxtəlif fövqəladə halların yaranma səbəbləri, onların nəticələrinin aradan qaldırılması, habelə Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzi haqqında məlumat vermişlər.

Daha sonra həyata keçirilmiş xilasetmə əməliyyatları, fövqəladə hallar zamanı insanların davranış qaydaları, xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və fövqəladə hadisələr zamanı əhalinin təhlükəsiz yerlərə köçürülməsi mövzusunda şagirdlərə ətraflı məlumat verilmişdir.

Sonda Mərkəzin əməkdaşları tərəfindən təbii fəlakət riskinin azaldılması mövzusunda dinləyicilərə vəsaitlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu