Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 23 dekabr 2011-ci il tarixində Horadiz şəhərində və Füzuli rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrin və mövsümlə əlaqədar olaraq elektrik enerjisinə, mavi yanacağa tələbatın artması ilə əlaqədar sözügedən qurumlarda, eləcə də yaşayış binalarında və fərdi yaşayış evlərində baş verə biləcək fövqəladə hadisələrin qabaqcadan xəbərdar edilməsi mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Mərkəzin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “İdarə və müəssisələrdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması”, “Məişətdə baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları”, “Fövqəladə hallar zamanı “101” və “112” zəng mərkəzinə müraciət qaydaları” mövzularında çıxışlar etmişlər. Görüş qarşılıqlı dialoq şəklində davam etdirilmiş, dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu