Geri

FHN Bakı Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirmişdir

FHN Bakı Regional Mərkəzi "Yanğın təhlükəsizliyi" mövzusunda növbəti müşavirəni dekabr ayının 22-si Xəzər Rayon İcra Hakimiyyətində keçirmişdir. Müşavirədə payız-qış mövsümündə baş verən bədbəxt hadisələrdən danışılmış, insanların belə hadisələrə gətirib çıxaran hərəkətlərə yol verməməsi üçün maarifləndirmə işinin daha intensiv aparılmasının vacibliyi bildirilmişdir.

Tədbirdə FHN əməkdaşları tərəfindən “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və onun struktur bölmələri”, "Yanğının söndürülməsinə maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları", "Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları", "Yanıqlar və dəm qazından boğulma halları zamanı ilkin tibbi yardım" "Qazdan, elektrik enerjisindən təhlükəsiz istifadə qaydaları", "Payız və qış mövsümü ilə əlaqədar görüləcək tədbirlər", "Yanğın təhlükəsizliyi problemləri və onların həlli yolları" mövzusunda edilmiş çıxışlarda tədbir iştirakçılarına faydalı məlumatlar verilmişdir.

Məruzələrlə yanaşı tədbir iştirakçılarına FHN-in fəaliyyət barədə sənədli film nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu