Geri

FHN Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

21 dekabr 2011-ci il tarixində FHN Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması üçün maarifləndirmə mövzusunda müşavirə keçirmişdir. Müşavirədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin, o cümlədən Fövqəladə hallar və mülki müdafiə şöbəsinin nümayəndələri, Sumqayıt Səhiyyə şöbəsinin rəhbərliyi, şəhərin bütün xəstəxana və poliklinikalarının baş həkimləri iştirak etmişlər.

Müşavirədə FHN nümayəndələri tərəfindən “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!” və “Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları” mövzularında çıxışlar edilmiş, yanğın təhlükəsizliyi ilə bağlı səhiyyə ocaqlarında mövcud problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuş, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir. Daha sonra dinləyiciləri maraqlandıran suallar cavablandırılaraq onlara lazımi tövsiyələr verilmişdir.

Əhalini yanğın təhlükəsizliyi qaydaları ilə maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq, həmçinin, gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatları zənginləşdirmək məqsədilə Sumqayıt Regional Mərkəzi 2012-ci ildə də əhatə etdiyi inzibati ərazidə maarifləndirici xarakterli tədbirlərin mütəmadi keçirilməsini planlaşdırır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu