Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Qarabağ Regional Mərkəzi 21 dekabr 2011-ci il tarixində Beyləqan və Xocavənd rayonlarında payız-qış mövsümündə rayonların inzibati ərazilərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin edilməsi, təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması məqsədilə yerli əhali arasında maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə FHN-in əməkdaşları “Fövqəladə halların təsnifatı”, “İdarə və müəssisələlrdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması”, “Məişətdə baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları” mövzularında çıxışlar etmişlər. Tədbirin sonunda Mərkəzin əməkdaşları dinləyiciləri maraqlandıran sualları cavablandırmışlar.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu