Geri

FHN-in Bakı Regional Mərkəzində seminar keçirilmişdir

28 noyabr - 1 dekabr 2011-ci il tarixlərində FHN Bakı Regional Mərkəzində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Fransa Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Böhran vəziyyətlərində vətəndaş təlhükəsizliyi sahəsində idarəetmə üzrə seminar keçirilmişdir.

Seminarın əsas məqsədi hər iki ölkənin müvafiq sahələr üzrə mütəxəssisləri arasında böhran vəziyyətlərinin idarə edilməsi, xilasetmə planı və digər mühüm məqamlar üzrə qazanılmış səmərəli bilik və təcrübələrin mübadiləsinin aparılması olmuşdur.

Tədbirdə fransalı ekspertlər Fransada mülkü əhalinin təhlükəsizliyi, böhrana qarşı təşkilatçılıq konsepsiyası, ölkədə idarəetmə mərkəzinin təşkili, mobil idarəetmə və s. mövzularda təqdimatlar etmişlər.

Seminar iştirakçıların hər iki ölkə üçün xarakterik olan risklər, onların təhlili və idarə edilməsi üzrə müzakirələri ilə davam etmişdir.



Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu

Gəncədə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu