Geri

FHN Tibb Xidmətinin Mərkəzi Diaqnostik Poliklinikasının əməkdaşları gənc xilasedicilər və yanğınsöndürənlərin məktəblərarası yarışında iştirak etmişlər

Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Diaqnostik Poliklinikasının həkimləri 19 dekabr 2011-ci il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin inzibati binasında keçirilən “Gənc xilasedicilər və yanğınsöndürənlərin məktəblərarası yarışında” iştirak etmişlər. Yarış dörd mərhələ üzrə keçirilib. Poliklinikanın həkimləri yarışda münsiflər heyətinin tərkibində iştirak etmiş və şərti xəsarət almış məktəblilərə təcili tibbi yardım göstərərək müxtəlif sınıqlar barədə onları məlumatlandırmışlar. Yarışda Poliklinikanın təcili yardım avtomobilindən, insan mulyajından və müxtəlif tibbi ləvazimatlardan istifadə olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu