Geri

FHN Muğan Regional Mərkəzi təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması üzrə tədbir keçirmişdir

Ölkəmizdə baş verən yanğınların sayının və vurduğu ziyanın azaldılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi, təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması istiqamətində müxtəlif təyinatlı obyektlərdə maarifləndirmə tədbirləri davam etdirilir.

Belə ki, Muğan Regional Mərkəzi 14 dekabr 2011-ci il tarixində Hacıqabul rayon humanitar təmayüllü liseydə “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli”, 16 dekabr 2011-ci il tarixində Biləsuvar şəhər 2 saylı orta məktəbində “Fövqəladə hallarda özünü necə aparmalı“ və Biləsuvar rayon Səmədəbad inzibati ərazi nümayəndəliyində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli” mövzularında maarifləndirmə tədbirləri keçirmişdir. Tədbirlərdə idarə işçiləri, müəllimlər və şagirdlər iştirak etmişlər.

Tədbirdə dinləyicilərə Mərkəzin nümayəndələri tərəfindən məişətdə yanğın təhlükəsizliyi, elektrik və qazdan təhlükəsiz istifadə, təbii fəlakətlər, habelə yanğın zamanı davranış qaydaları və ilkin tibbi yardım və “112” zəng mərkəzi mövzularında ətraflı məlumatlar verilmişdir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu