Geri

Bakı Dövlət Universitetinin tələbələri fövqəladə hallar zamanı davranış qaydalarını öyrənirlər

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə dekabr ayının 14-də fövqəladə hadisələrin qarşısının alınması və baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı davranış qaydalarının aşılanması məqsədilə Bakı Dövlət Universitetində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması” mövzusunda təlim kursu keçirmişdir.

Tədbir iştirakçıları üçün FHN-in fəaliyyəti barədə sənədli film nümayiş etdirildikdən sonra Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və Dövlət Sularda Xilasetmə xidmətlərinin əməkdaşları müxtəlif fövqəladə hallarla bağlı maraqlı məruzə və təqdimatlarla çıxış etmişlər. Səslənmiş bir sıra məruzələrin universitetin Sosial elmlər və psixologiya fakültəsinin tələbələri ilə birgə hazırlanması xüsusi diqqət çəkmişdir.

Tədbir məktəbin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir.

Bakı Regional Mərkəzi paytaxtın ali və orta təhsil müəssisələrində, səhiyyə təşkilatlarında maarifləndirmə tədbirlərini davam etdirir.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu