Geri

AR FHN-nin nümayəndələri “Komanda-qərargah təlimlərinin keçirilməsi, planlaşdırılması və qiymətləndirilməsi metodologiyası” adlı seminarda və “Masaüstü təlimlər üzrə ilkin planlaşdırma konfransı”nda iştirak etmişlər

Avropa İttifaqının maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığının Öncül Təşəbbüsü çərçivəsində həyata keçirilən “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, onlara qarşı hazırlığın və qabaqlayıcı tədbirlərin görülməsi” adlı şərq proqramı çərçivəsində 5-9 dekabr 2011-ci il tarixlərində Ukraynanın Kiyev şəhərində “Təlimlərin keçirilməsi, planlaşdırılması və qiymətləndirilməsi metodologiyası” adlı seminar və “Masaüstü təlimlər üzrə ilkin planlaşdırma konfransı” keçirilmişdir. Seminar və ilkin planlaşdırma konfransı mülki müdafiə təlimlərinin keçirilməsində böyük təcrübəyə malik olan Estoniyanın və Ukraynanın mütəxəssisləri tərəfindən təşkil olunmuşdur.

Tədbirlərdə şərq proqramına qoşulmuş tərəfdaş ölkələrin fövqəladə halların idarə olunmasına və mülki müdafiə təlimlərinin keçirilməsinə cavabdeh olan qurumlarının nümayəndələri iştirak etmişlər.

Seminarın və konfransın keçirilməsində məqsəd Avropa İttifaqının masaüstü və sahə təlimlərinin keçirilməsi, planlaşdırılması və qiymətləndirilməsi metodologiyası ilə tanış olmaq və tərəfdaş ölkələr arasında təcrübə mübadiləsi aparmaq olmuşdur.

5-6 dekabr tarixlərində keçirilmiş seminarda tərəfdaş ölkələrdə milli təlimlərin keçirilməsi, planlaşdırılması və qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış və Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində təlimlərin keçirilməsi təcrübəsi öyrənilmişdir. 8-9 dekabr tarixlərində keçirilmiş konfransda isə proqram çərçivəsində keçiriləcək masaüstü təlimlərin ilkin konsepsiyası və ssenariləri hazırlanmışdır.

Tədbirin sonunda şərq proqramının icra mərhələsində keçirilməsi planlaşdırılan təlimlərin proqramı qəbul olunmuşdur.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu

Gəncədə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu