Geri

Dövlət Yanğın Nəzarəti Xidməti Qafqaz Universitetində yanğına qarşı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğına qarşı təbliğat xarakterli növbəti tədbir Qafqaz Universitetində keçirilmişdir. Əhalini yanğın təhlükəsizliyi qaydaları ilə maarifləndirmək, bu istiqamətdə həyata keçirilən işlərin səmərəsini artırmaq, həmçinin, gənclərdə həyat təhlükəsizliyinin əsasları ilə bağlı məlumatları zənginləşdirmək məqsədilə keçirilən tədbirdən əvvəl nazirliyin əməkdaşları universitetin yanğın təhlükəsizliyi sistemi ilə tanış olmuşlar.

Qafqaz Universitetində keçirilən tədbirdə «Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!» adlı slayd tələbələrə təqdim edilərək qaz və elektrik təsərrüfatında təhlükəsizlik qaydalarının pozulmasının, o cümlədən qaz cihazlarının nəzarətsiz qalmasının, onların istifadəsinin uşaqlara həvalə edilməsinin, tüstü bacalarının işlək və təmiz vəziyyətdə olmamasının, standartlara uyğun olmayan qaz və elektrik cihazlarından istifadə edilməsinin və s. kimi halların yanğın, partlayış, zəhərlənmə təhlükəsi yaratması tələbələrin, həmçinin, müəllim və texniki heyətin diqqətinə çatdırılmışdır.

Tədbirdə «Yanğın zamanı zəruri hərəkətlər» mövzusunda çıxış dənlənilmiş və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmişdir. 

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi növbəti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 21 oktyabr 2021-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının müəllim və tələbə kollektivi üçün “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda onlayn şəkildə maarifləndirmə......

Ardını oxu

Gəncədə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

19 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə şəhəri, Nizami Aydın adına 18 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Lənkəran rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə 18 oktyabr 2021-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu