Geri

FHN Bakı Regional Mərkəzində qərargah məşqi keçirilmişdir

24 noyabr 2011-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində nazirliyin Aparatının Baş əməliyyat idarəsi ilə birgə “Bakı Regional Mərkəzinin rəhbər və zabit heyətinin zədələnmə ocağında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasının təşkili üzrə fəaliyyətləri” mövzusunda qərargah məşqi keçirilmişdir.

Bakı Regional Mərkəzinin struktur bölmə rəhbərlərinin və zabit heyətinin iştirak etdiyi qərargah məşqi Bakı şəhəri, Səbail rayonunun nümunəsində modelləşdirilmiş şərti vəziyyət üzərində aparılmışdır. Məşq Mərkəzin FHN-in qurumları, Bakı şəhərinin mülki müdafiə xidmətləri ilə qarşılıqlı fəaliyyətini ardıcıl olaraq əhatə edən 2 mərhələdə keçirilmişdir.

Məşqin gedişində fövqəladə hal rayonunda şəraitin gözlənilmədən dəyişməsi fonunda mövcud vəziyyət daha da mürəkkəbləşmiş, yeni yaranmış vəziyyətlə bağlı məşq iştirakçılarının operativ reaksiyası qiymətləndirilmişdir.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu