Geri

FHN Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Əhaliyə fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması məqsədilə FHN Qarabağ Regional Mərkəzi tərəfindən növbəti tədbir Tərtər Rayon İcra Hakimiyyətində keçirilmişdir. “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi“ mövzusunda təşkil olunmuş tədbirdə Fövqəladə Hallar Nazirliyinin strukturu, fəaliyyəti, o cümlədən Qarabağ Regional Mərkəzinin həyata keçirdiyi tədbirlər barəsində geniş məlumat verilmişdir. Bundan başqa, məişətdə istifadə olunan elektrik və qaz cihazları ilə təhlükəsiz davranış qaydaları haqqında ətraflı məlumat verən FHN əməkdaşları fövqəladə hallar zamanı “101” və “112” zəng mərkəzləri ilə əlaqə saxlamağın əhəmiyyəti barədə söhbət aparmışlar.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin, Paylayıcı Elektrik Şəbəkəsinin, Qaz İstismar İdarəsinin, Tərtər şəhər Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən kənd ərazi icra və bələdiyyə nümayəndələri iştirak etmişlər.   

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu