Geri

FHN Qarabağ Regional Mərkəzi orta məktəbdə maarifləndirici tədbir keçirmişdir

FHN Qarabağ Regional Mərkəzinin əməkdaşları tərəfindən Ağdam rayonunda fəaliyyət göstərən 150 saylı tam orta məktəbdə “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi“ mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyi, onun strukturu, göstərdiyi fəaliyyət, eləcə də məişətdə işlədilən elektrik və qaz avadanlıqları və cihazları ilə təhlükəsiz davranış qaydaları haqqında geniş məlumat verilmişdir. Görüşdə, həmçinin, fövqəladə hallar baş verərkən “101”, “112” xidmətləri ilə əlaqə saxlamağın vacibliyi  barədə söhbət aparılmışdır.  

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu