Geri

FHN Bakı Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

FHN Bakı Regional Mərkəzi (BRM) silsilə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti belə tədbir Bakı şəhəri, Yasamal rayonunda yerləşən 2 saylı Bakı Baza Tibb Kollecində keçirilmişdir. Cari ilin noyabr ayının 18-də bu təhsil müəssisəsində “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda keçirilmiş tədbirdə BRm-in, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin, Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları fövqəladə hallar zamanı davranış qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Həmçinin, tədbir iştirakçılarına FHN-in fəaliyyəti barədə sənədli film göstərilmişdir.

Bundan başqa, tələbələrin “İşgüzar oyun” formatında qurduğu səhnəcikdə dərs prosesində baş vermiş zəlzələ zamanı tələbələrin zəruri, ilkin davranış qaydaları nümayiş etdirilmişdir.

Tədbir kollecin həyətində təşkil edilmiş praktik məşğələ ilə davam etmişdir.

Əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə hündürmərtəbəli binalarda təhlükədə qalmış insanların xilas edilməsi, xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələri, akvalanq, xilasetmə və üzmə vasitələri, maneken-mulyaj üzərində yaralılara ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına nümayiş olunmuşdur.

Tədbir Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə döyüş növbəsinin təqdimatı ilə tamamlanmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu