Geri

Dənizdə qayıq aşkar olunmuşdur

 

FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub regionu üzrə şöbəsindən verilmiş məlumata əsasən, 13 noyabr 2011-ci il tarixində Astara rayonu ərazisində sahildən 5 km məsafədə balıqçılar tərəfindən dənizdə adı “DS-18”, bort nömrəsi “ABA1191” olan taxta qayıq aşkar edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, adı çəkilən kiçik həcmli gəmi Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində dəniz kənarında dayanacaqda olarkən güclü külək nəticəsində qayığa bərkidilmiş kəndirlər qırılmış və küləyin təsirindən qayıq qeyri-müəyyən istiqamətdə dənizə səmt almışdır. Qeyd edək ki, adı çəkilən qayıq vətəndaş Ələkbərov Vəli Çoban oğluna məxsusdur və 21 may 2009-cu ildə dövlət qeydiyyatına alınmışdır.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu