Geri

FHN Qarabağ RM təşkilatçılığı ilə Ağdam rayonunda “Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hadisələrlə əlaqədar əhalinin xəbərdar edilməsi“ mövzusunda geniş maarifləndirici tədbir keçirilmişdir

Ağdam rayon Subartezian Quyularının İstismarı İdarəsində təşkil olunmuş tədbirdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları nazirlik, onun strukturu, gördüyü işlər haqqında danışmış, eləcə də qaz və elektrik avadanlıqları, cihazları ilə təhlükəsiz davranış qaydaları, fövqəladə halların qarşısının vaxtında alınması üçün “101” və “112” xidmətləri ilə əlaqə saxlamağın zəruriliyi barədə tədbir iştirakçılarına geniş məlumat vermişlər. Toplantıda rayonda fəaliyyət göstərən müxtəlif idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in Bakı Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Dəniz Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...

Ardını oxu

FHN-in Tibb xidməti seminarlar keçirib

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşları üçün Bakı, Lənkəran, Şirvan şəhərlərində, Salyan, Şamaxı, Qəbələ və Şəki rayonlarında seminarlar keçirilib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər bələdiyyəsində “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində yerli icra qurumları və özünü idarə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda “dəyirmi masa” keçirilib. ...

Ardını oxu