Geri

“Bakı məktəbləri müsabiqəyə hazırlaşır”

FHN-nin Bakı Regional Mərkəzində Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun 2010-cu il 16 dekabr tarixli, 134 saylı “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında” Əmrinin həyata keçirilməsi istiqamətində ardıcıl iş aparılır.

Ötən vaxt ərzində Mərkəzdə Müsabiqənin keçirilməsi üzrə Qərargah yaradılmış, Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birgə Təşkilat Komitəsi və Münsiflər Heyəti təşkil olunmuş, fəaliyyət planı tərtib edilmişdır. Müsabiqənin keçirilməsi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar təhsil sektoru ilə işgüzar münasibətlər qurulmuşdur.

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin məzmunlu və yüksək təşkilati səviyyədə keçirilməsini təmin etmək məqsədilə 2011-ci il yanvar ayının 25-də Binəqədi rayonunun 276 nömrəli orta məktəbində Bakı şəhəri məktəb direktorlarının müşavirəsi keçirildi. 300-dən artıq orta məktəb direktoru və dərsdənkənar təhsil müəssisəsi rəhbərlərinin iştirak etdiyi müşavirəni giriş sözü ilə açan Bakı şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov tədbirin mahiyyətindən danışdı və müsabiqə ilə bağlı qəbul olunmuş rəsmi sənədləri səsləndirdi.

FHN-nin Bakı Regional Mərkəz rəisinin birinci müavini polkovnik Kamil Bağırov müşavirə iştirakçılarına fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması ilə bağlı paytaxt əhalisinin maarifləndirməsi və məlumatlandırması  sahəsində Mərkəzin apardığı işlər haqqında məlumat verdi. Natiq bu məsələlərdə təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edərək, 2011-ci il üçün nəzərdə tutulmuş tədbirlərdən danışdı.

“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin  uşaq və yeniyetmələrin bir vətəndaş kimi formalaşmasında oynayacağı mühüm roldan söhbət açan FHN-nin Bakı Regional Mərkəz rəisinin müavini Tale Şamçıyev müşavirə iştirakçılarını tədbirin keçirilmə planı və bu sahədə hər bir məktəb qarşısında duran vəzifələrlə tanış etdi.

Müşavirə  iştirakçılarına Bakı Regional Mərkəzində yaradılmış Müsabiqə Qərargahının elektron ünvanı və telefonları verildi və bildirildi ki, Qərargah müraciət edənlərə hər zaman Müsabiqə ilə bağlı istənilən yardımı göstərməyə hazırdır.

Müşavirənin sonunda müsabiqənin Bakı şəhərində yüksək səviyyədə keçiriləcəyinə qəti əminlik bildirildi.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu