Geri

Məktəblərdə maarifləndirmə davam edir

Bəllidir ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarına uyğun olaraq 1972-ci ildən etibarən hər il martın 1-də bu təşkilata üzv olan ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü qeyd edilir.Azərbaycanda da bu əlamətdar tarixlə bağlı müntəzəm olaraq tədbirlər keçirilir. Bu tədbirlərin təşkili və həyata keçirilməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələri ilə yanaşı Bakı Regional Mərkəzinin də kollektivi fəal iştirak edir.

Mart ayının əvvəlində keçirilən tədbirlərin davamı olaraq aprelin 15-də Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin və Bakı Regional Mərkəzinin əməkdaşları Qaradağ rayonu Neftçi Qurban adına 288 saylı orta məktəbin şagird və pedaqoji kollektivini mülki müdafiənin əhəmiyyəti, insanların həyat və fəaliyyətinin təhlükəsizliyindəki rolu, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması istiqamətində məlumatlandırılmışlar. Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin əməkdaşı Xəlil Məmmədov, Qaradağ rayon FH və MM şöbəsinin rəisi polkovnik-leytenant Rövşən İsmayılov, məktəbin direktoru Nərman Hüseynov və Bakı Regional Mərkəzinin baş zabiti kapitan Cavid Quliyev keçirilən  tədbirdə məktəblilərə və pedaqoji kollektivin üzvlərinə mülki müdafiə işinin təşkili, onun məqsədi və əhəmiyyəti barədə geniş məlumat verilmişlər.

Sonra təlim planına uyğun olaraq şərti xəbərdarlıq siqnalı ilə fövqəladə hadisə elan edildi. Məktəbin hərbi rəhbəri Paşa Məmmədovun başçılıq etdiyi şagirdlərdən ibarət mülki müdafiə dəstəsinin müvafiq qrupları yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və onların təxliyəsi, fövqəladə hal zonasında radiasiyanın miqdarının təyin olunması, zərərçəkənlərin təhlükəli zonadan çıxarılması, əleyhqazlardan istifadə qaydaları və digər zəruri işləri təlimata uyğun olaraq vaxtında və düzgün icra etdilər.

Təlimin sonunda təşkili və nəticələri barədə məktəbin rəhbərliyi ilə aparılan müzakirədə şagirdlərin fəallığı və müəllimlərin mövzuya yüksək marağı xüsusilə vurğulandı.Tədbir təşkilatçıları tərəfindən məktəbin pedaqoji kollektivinə zəruri tövsiyyələr və məsləhətlər verildi, fikir mübadiləsi aparıldı və belə tədbirlərin gələcəkdə də davam edəcəyi qeyd olundu.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti istirahət mərkəzlərində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Masallı rayonu ərazisində yerləşən "Masallı" və Lənkəran şəhərində yerləşən “Luxe Lankaran”, “Mayak” otellərində və “Bəşəru” istirahət mərkəzində növbəti maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 17 sentyabr 2021-ci il tarixində Lerik rayon Lüləkəran kənd tam orta məktəbin müəllim kollektivi və texniki işçiləri üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda onlayn şəklində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzi taktiki-xüsusi məşğələ keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi 6-8 sentyabr 2021-ci il tarixlərində Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri, Mərkəzin xidməti ərazisində yerləşən Biləsuvar, Hacıqabul, Sabirabad və Şirvan şəhər Dövlət Yanğından Mühafizə dəstələrinin tərkibində fəaliyyət göstərən xilasedicilərlə birlikdə taktiki-xüsusi məşğələ keçirib. ...

Ardını oxu