Geri

Humanizm və insanərvərlik naminə

Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən,  hər il martın 1-i bu təşkilata üzv olan bütün ölkələrdə «Ümumdünya Mülki Müdafiə Günü» kimi qeyd edilir. 2010 cu ildə isə Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraçı Şurasının 42-ci sessiyasında qəbul olunmuş qərara əsasən Ümumdünya Mülki Müdafiə Günü “Qəzalarda Səhiyyə” mövzusuna həsr edilmişdir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı bu illər ərzində, dünyanın bir sıra böyük şəhərlərində 20-dən artıq ümumdünya konfransı, bundan başqa, mülki müdafiə texnikasının sərgisini təşkil etmiş, mülki müdafiənin təşkili, mülki müdafiənin tibb xidməti mövzularında, habelə radioloji mühafizəyə dair bir sıra beynəlxalq seminarlar keçirmişdir. Azərbaycan Respublikası 1993-cü ildə bu nüfuzlu humanitar təşkilatın üzvlüyünə qəbul edilmiş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir.

Bu gün Fövqəladə Hallar, MM söz birləşmələri dilimizdə tez-tez səslənməklə yanaşı, həm də həyatımıza, təfəkkürümüzə daha dərindən nüfuz etməkdədir. Əslində bu onun göstəricisidir ki, sivilizasiyamızın tarixi, bizi əhatə edən aləmin mövcudluğu, varlığı fövqəladə hallarla üzvi surətdə bağlıdır.   

Əhalinin mülki müdafiəsi insanların və təsərrüfat obyektlərinin müdafiəsi üçün tapşırıqların yerinə yetirilməsinə bütün qüvvəsini istiqamətləndirən, onun fəaliyyətini təşkil edən, tabeliyində olan orqan və qüvvələri daim hazır vəziyyətdə saxlayan məqsədyönlü fəaliyyətdir.  

Bu ilki 1mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin digər struktur vahidləri ilə yanaşı Bakı Regional Mərkəzinin də kollektivi fəal iştirak etmişdir. Belə ki, Mülki müdafiə qoşunlarının MMİTBİ – nin əməkdaşları ilə birlikdə Bakının 239 saylı (Səbail rayonu), 308 saylı (Yasamal rayonu), 242 saylı (Nizami rayonu), 212 saylı (Nərimanov rayonu), 143 saylı (Binaqədi rayonu), 171 saylı (Xətai rayonu), 233 saylı (Qaradağ rayonu), 154 saylı (Suraxanı rayonu), 74 saylı (Sabunçu rayonu) orta məktəblərində, habelə Bakı Təcili tibbi yardım stansiyası (Nəsimi rayonu) və 31 saylı birləşmiş şəhər xəstəxanasında (Əzizbəyov rayonu) keçirilən tədbirlərdə Bakı Regional Mərkəzinin zabit və əməkdaşları ictimaiyyətin mülki müdafiə sisteminin əhəmiyyəti, onun təhlükəsizlik xidmətləri kompleksində rolu və yeri, təbii fəlakətlərin, istehsalat qəzalarının və başqa bədbəxt hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər barədə tədbir iştirakçıları məlumatlandırılmışlar.

Sabunçu rayonun 74 saylı orta məktəbində keçirilən tədbirdə Sabunçu rayon FH və MM şöbəsinin rəisi polkovnik-leytenat Tağıyev Məmməd və Bakı Regional Mərkəzinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti leytenant Məmmədov Rauf tərəfindən məktəblilərə və pedaqoji kollektivin üzvlərinə mülki müdafiə işinin təşkili, onun məqsədi, əhəmiyyəti fövqəladə halların nəticələrinin aradan qaldırılması barədə geniş məlumat verilmişdir. Sonra təlim planına uyğun olaraq şərti xəbərdarlıq siqnalı ilə fövqəladə hadisə elan edildi. Məktəbin hərbi rəhbəri B.Nağıyevin başçılıq etdiyi mülki müdafiə dəstəsinin müvafiq qrupları yanğının söndürülməsi, yaralılara ilk tibbi yardımın göstərilməsi və onların təxliyəsi, fövqəladə hal zonasında radiasiyanın miqdarının təyin olunması və digər zəruri işləri təlimata uyğun olaraq vaxtında və düzgün icra etdilər. Daha sonra məktəbin 2-ci və 5-ci siniflərində mülki müdafiə mövzusuna həsr olunmuş dərslər keçirildi. Dərslər şagirdlərin fəallığı və müəllimlərin yüksək peşəkarlığı ilə diqqəti cəlb etdi.

Bakı şəhəri  Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasındakı tədbir də öz mütəşəkilliyi, iştirakçıların fəallığı ilə seçilirdi. Burada mülki müdafiə işinin məqsədi və əhəmiyyəti Nəsimi rayonu FH və Mülki Müdafiə şöbəsini rəisi polkovnik-leytenant Elxan Abbasov və Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin baş zabiti baş leytenant Elşən Məhərrəmov tərəfindən tədbir  iştirakçılarına çatdırıldı. Həkimlər P.Quliyeva və T.Əsədovanın rəhbərliyi altında təkmilləşdirmə kursunda “Fövqəladə halların qarşısının alınması və nəticələrin aradan qaldırılması zamanı xəsarət alanlara tibbi yardımın göstərilməsi” mövzusunda dərs keçirildi.

1 mart - Ümumdünya mülki müdafiə gününə həsr olunmuş tədbirlərdə qarşıya qoyulan məqsədə - ictimaiyyətin diqqətini bu tədbirlərin vacibliyinə və həyati əhəmiyyətinə cəlb etməyə, mülki müdafiə xidmətində çalışanların fədakar əməyini layiqincə qiymətləndirməyə nail olundu. Qeyd etmək lazımdır ki, bu tədbirlər yalnız 1 mart günü deyil, qarşıdakı yarım il ərzində müxtəlif təhsil və səhiyyə ocaqlarında keçiriləcəkdir.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi Cəlilabad rayon Yanğından Mühafizə Hissəsi ilə birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə birgə “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının komandanlığında "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir tədbir keçirilib. ...

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib. ...

Ardını oxu