Noyabr ayının 22-də əhalinin, xüsusilə də məktəblilərin fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, təbii və texnogen xarakterli qəzalar zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədi ilə Bakının Nəsimi rayonundakı 23 saylı orta məktəbində Fövqəladə Hallar Nazirliyinin Baki Regional Mərkəzi tərəfindən FHN-nin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş nəzəri və praktik tədbirlər həyata keçirildi. Tədbirdə interaktiv mühazirələrlə yanaşı müasir yanğınsöndürmə texnikasının, fərdi müdafiə vasitələrinin nümayişi, təcili yardım göstərilməsi və ekstremal vəziyyətlərdə xilasetmə kimi əyani təbliğat vasitələrindən istifadə edildi.
Tədbiri giriş sözü ilə Bakı Regional Mərkəzinin rəisinin birinci müavini Kamil Bağırov açdı. O, Fövqəladə Hallar Nazirliyinin qısa müddətdə gördüyü işlər, tədbirin məqsədi və məramı barədə qısa məlumat verdi.
Məktəblilərə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, struktur qurumları və Kür çayının daşmasından yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xilasetmə işləri barədə videoçarx nümayiş etdirildi.
FHN Bakı Regional Mərkəzinin əməkdaşları fövqəladə halların təsnifatı, təbii, texnogen, terror xarakterli fövqəladə hallar zamanı nə etmək lazım olduğu barədə məktəblilərə ətraflı məlumat verdilər.
Sonra tədris müəssisəsinin həyətində fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri ilə tanışlıq, fövqəladə hallar zamanı ilkin təxirəsalınmaz tibbi yardım, yanğınsöndürmənin əsas üsul və vasitələri, "Mercedes-Bens Sprinter" xüsusi təyinatlı xilasetmə avtomobilindən istifadə etmə qaydaları, ağır avtomobil qəzası zamanı zərərçəkmiş vətəndaşın xilasetmə əməliyyatının modelləşdirilməsi, hündür mərtəbəli binalardan zərərçəkmiş vətəndaşın xilasedici tərəfindən, xilasedici yastıq vasitəsi ilə təxliyə edilməsi nümayiş etdirildi.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən Mərkəzin əhatə etdiyi ərazi üzrə Sumqayıt şəhər və Abşeron rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün mülki müdafiə kursları keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Bələdiyyə sədrləri” kateqoriyası üzrə mülki müdafiə kursu keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində "2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən “Xilasetmə manqalarının komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...
Ardını oxu