Geri

Maarifləndirmə tədbirləri

Oktyabrın 19-da  Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonundakı 94 saylı orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri  keçirilmişdir.

Mərasimdə məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.

Məktəbin direktoru Şəmsəddin Vəliyev iştirakçılara tədbirin əhəmiyyətindən danışmışdır.

Sonra Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi - idarə rəisinin müavini, polkovnik-leytenant Vaqif Teymurov "Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur qurumları",  Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Fərid Əzizov "Fövqəladə halların təsnifatı", Təşkilati səfərbərlik bölməsinin baş zabiti Toğrul Vəliyev "Təbii və texnogen xarakterli fövqəladə hallar zamanı nə etməli?", Təlim və əməliyyat planlaşdırma şöbəsinin rəisi, polkovnik-leytenant Yolçu Yolçuyev "Kür çayının daşmasından yaranmış fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı xilasetmə işləri", Mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti, kapitan Cavid Quliyev "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?", Mülki müdafiə qoşunlarının əməkdaşı, polkovnik-leytenant Şəmsəddin Hüseynov "Fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, onların təyinatı və iş prinsipləri" mövzularında çıxışlar etmiş, videoçarxlar nümayiş etdirilmişdir.

Tədbir fövqəladə hallar zamanı ilkin tibbi yardım göstərilməsi, yanğınsöndürmənin əsas üsul və vasitələri, "Mercedes-Benz Sprinter" xüsusi təyinatlı xilasetmə avtomobilinin təyinatı və ondan istifadə qaydalarının praktik nümayiş etdirilməsi ilə başa çatmışdır.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzi rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi təşkil edib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Şəki Suvarma Sistemləri İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

BDU Elmi kitabxanasının əməkdaşları FHN-in Akademiyasında olublar

Bakı Dövlət Universitetinin (BDU) Elmi kitabxanasın direktoru Nigar İsmayılovanın rəhbərlik etdiyi nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qonaq olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. ...

Ardını oxu