Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Vətənə məhəbbət və qəhrəmanlıq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Mirzəyev və Vətən müharibəsinin iştirakçısı Elçin Allahverdiyev iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov bildirib ki, 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Silahlı Qüvvələrimiz torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi Qələbəyə imza atdı. Torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildiyini vurğulayan rəis müavini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin daha qüdrətli Azərbaycan üçün möhkəm bünövrə olduğunu bildirib.
Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan möhtəşəm Qələbənin əldə edilməsində pay sahibi olduqları üçün qürur duyduqlarını bildirib, keçdiyi döyüş yolundan danışıb, müharibə xatirələrindən söz açıb.
Tədbirin sonunda vətənpərvərlik mövzusunda bədii hissə təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayonunda ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Gəncə Dövlət Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Ağdaş Magistral Qaz Kəmərləri Sahəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxu