Geri

FHN-in Sumqayıt Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Bakı Mühəndislik Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.

Dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.

Dərsdə FHN-in Sumqayıt Regional Mərkəzinin əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbirdə Mərkəzin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid videoçarxlar nümayiş etdirilib.

Bununla yanaşı, dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə də yaxından tanış olublar.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzində "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirilib (foto)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib. ...

Ardını oxu

FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində "Gənclərin çağrışaqədərki hazırlığı üzrə rəhbərlər" kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirib. ...

Ardını oxu