Geri

FHN-in Mülki müdafiə qoşunlarında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarında (MMQ) mütəmadi olaraq “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri: metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, “dəyirmi masa” ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilib.

Bu çərçivədə 24 noyabr 2022-ci il tarixində Mülki müdafiə qoşunlarının şəxsi heyəti arasında “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda tədbir keçirilib.

Tədbirdə MMQ-nin Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik Ayaz Əliyev ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağın artırılması, mədəni-asudə vaxtlarına düzgün təşkil olunmasının əhəmiyyətindən bəhs edib.

Sonra çıxış edənlər Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Elçin Rəhimov, Respublika Narkoloji Mərkəzinin həkimi Həkim-narkoloq Rövşən Kərimov narkotik asılılığı, onun fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat veriblər.

Sonda mövzuya aid suallar cavablandırılıb, fotoslayd və videoçarxlar  nümayiş olunub.

Digər məlumatlar

FHN-in Şimal-qərb Regional Mərkəzində metodiki toplanış keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Masallı Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Masallı Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Şirvan Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu