Geri

FHN-in Gəncə Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Narkomaniyanın insan orqanizmində törətdiyi fəsadlar və onun müalicəsi” mövzusunda tədbir təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən tədbirin əsas məqsədi şəxsi heyətin “ağ ölüm”ə qarşı mübarizəsi ilə bağlı maarifləndirilməsi olub.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəis müavini polkovnik Elçin Cəfərov narkotik maddələrin fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində əməliyyat müvəkkili polis mayoru Seymur Arıkov narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə haqqında, Rayonlararası Narkoloji Dispanserin nümayəndəsi Vəfa Rzayeva ümumbəşəri bəla olan narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində gənclərin potensialından istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb, onların elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb.

Sonda mövzuya dair videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Cəlilabad və Lerik Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində müşavirələr keçirilib

Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin təşəbbüsü ilə Hacıqabul və Saatlı Rayon İcra hakimiyyətlərində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Cənub Regional Mərkəzinin təşəbbüsü ilə Lənkəran Şəhər İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr”...

Ardını oxu