24-26 iyun 2022-ci il tarixlərində Bakı Su İdmanı Sarayının ərazisində Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib. Turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı 3 növdə, strikt karl, benç press və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə öz güclərini sınayıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov ağırlığı sinədən qaldırma (165 kq) və yerdən qaldırma (285 kq) növlərində bütün rəqiblərini üstələyərək 1-ci yerə layiq görülüb. Qalibə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Stronqmen Federasiyasının medalı təqdim olunub.
Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançını qazandığı nailiyyətə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, Rövşən Xəlilov beşqat dünya, üçqat Avropa çempionu, idman ustası və beynəlxalq dərəcəli idmançıdır.
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müəssisə və təşkilatlarda silsilə maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyasında “Ümummilli lider Heydər Əliyev və təhsilin inkişafı” mövzusuna həsr olunmuş tədbir keçirilib. ...
Ardını oxu