Geri

FHN-in Bakı Regional Mərkəzində “Narkomaniyaya qarşı mübarizə vicdan məsələsidir” mövzusunda toplantı keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri: metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, “dəyirmi masa” ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilir.

Bu çərçivədə FHN-in Bakı Regional Mərkəzinin şəxsi heyəti arasında “Narkomaniyaya qarşı mübarizə vicdan məsələsidir” mövzusunda toplantı keçirilib.

Toplantıda Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtlarının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında çıxış edib.

Tədbirdə çıxış edənlər narkotik asılılıq, fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib.

Toplantıda mövzuyla bağlı fotoslayd və videoçarx nümayiş olunub.

Toplantıda mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

Digər məlumatlar

FHN-in əməkdaşı çempionatın qalibi olub

24-26 iyun 2022-ci il tarixlərində Bakı Su İdmanı Sarayının ərazisində Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə güc idman növləri üzrə Avrasiya çempionatı keçirilib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qəbələdə Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının Qəbələ şəhərində yerləşən “N” saylı hərbi hissəsində 44 nəfər Qəbələ rayonundan olan Vətən müharibəsi qazisinin iştirakı ilə tədbir keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzində “Su hövzələrində təhlükəsizliyin təşkil olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə Mərkəzin akt zalında “Su hövzələrində təhlükəsizliyin təşkil olunması istiqamətində birgə fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib....

Ardını oxu