Geri

Göygöl Elektrik Şəbəkəsində rəhbər heyətin masaüstü nümunəvi mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin hazırlıq planına uyğun olaraq Göygöl Elektrik Şəbəkəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda rəhbər heyətin nümunəvi masaüstü mülki müdafiə təlimi keçirilib.

Təlimdə Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, Göygöl Elektrik Şəbəkəsinin Mülki müdafiə qərargahının rəhbərliyi və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə biliklərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı "fövqəladə hadisə" üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymlətləndirilib.

Sonda şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər təhlil edilib və bu istiqamətdə tövsiyələr verilib.

Digər məlumatlar

FHN-in əməkdaşı beynəlxalq yarışın qalibi olub

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 5-6 may 2022-ci il tarixlərində Gürcüstanda keçirilən stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Pri yarışında iştirak edib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı" mövzusunda tədbir təşkil edib....

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi dərs keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında "Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili" mövzusunda nümunəvi dərs keçirib....

Ardını oxu