Geri

FHN Akademiyası kursantlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası təşkil olunub

FHN Akademiyasının kursantları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində ekskursiyada olublar. Ekskursiya kursantlara milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycan tarixi ilə bağlı biliklərinin zənginləşdirilməsi və dünyagörüşlərinin inkişaf etdirilməsi məqsədilə təşkil edilib.

Muzey Kompleksinin əməkdaşları kursantlara qədim tariximizi özündə yaşadan eksponatlar haqqında ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki,  Bakı şəhərinin yaxınlığında yaradılmış kompleksin ərazisində eramızdan əvvəl III minillikdən eramızın XX əsrinə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin qalıqları, beş məscid, üç hamam və digər abidələr var. Həmin tarixi abidələrin və eksponatların qorunması və daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında arxeoloji-etnoqrafik muzey kompleksi yaradılıb. Bu, ölkəmizdə açıq səma altında təşkil edilmiş ilk arxeoloji-etnoqrafik muzey kompleksidir.

Kursantlar, həmçinin, kompleksdə fəaliyyət göstərən  Əntiq Əşyalar Muzeyi ilə tanış olublar.

Daha sonra kursantlara kompleksin ərazisində  yaradılan “Tullantıdan Sənətə”  muzeyi haqqında məlumat verilib. Bildirilib ki, hazırda muzeydə 180-ə yaxın müxtəlif sənət nümunəsi var. Nümunələr plastik su qabları, sellofanlar, uşaq arabası, oyuncaqlar, müxtəlif maşın hissələri, siqaret kötükləri, tennis topları və insanların lazımsız hesab etdiyi digər tullantı materiallarından hazırlanıb.

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Xəzər rayonunun Zirə qəsəbəsində kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Regional mərkəzlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərində Nazirliyin regionlarda fəaliyyət göstərən qurumları ilə birgə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbirlər keçirilib....

Ardını oxu