Geri

FHN-in regional mərkəzlərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbirlərdə ölkəmizin müstəqilliyi və ərazi bötüvlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yed edilib.

Tədbirlərdə bildirilib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə tarixi qələbə qazanıb, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Əsgər və zabitlərimiz, qazilərimiz və şəhidlərimizin misilsiz qəhrəmanlıqları sayəsində topraqlarımız düşmən tapdağından azad olunub, Ermənistan ordusu isə darmadağın edilib.

Qeyd edilib ki, Vətən müharibəsi Azərbaycanın qüdrətini dünyaya bir daha nümayiş etdirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi qələbə Azərbaycan xalqının böyüklüyünün, Prezident-Xalq birliyinin böyük təcəssümü idi.

Tədbirlərdə üçrəngli, şanlı bayrağımızın Şuşada və işğaldan azad olunan digər tarixi torpaqlarımızda dalğalanmasının verdiyi qürur hissindən bəhs olunub. Bildirilib ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımızın dövlət atributu kimi qəbul olunması ilk dəfə 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə edilib. Həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilib.

Çıxışlarda vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli və alternativsiz davamçısı Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarını həmişə uca tutur və ölkə başçısının 17 noyabr 2009-cu il tarixində Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncamı buna bariz misaldır. Sərəncama əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin memarı olduğu, dövlət başçısı cənab İlham Əliyevin yeritidyi siyasət nəticəsində dünyanın nüfuzlu və qüdrətli dövlətləri sırasında yer almış Azərbaycan Respublikasının dövləti bayrağı bundan sonra da dünya azərbaycanlılarının qürur mənbəyi olaraq daim dalğalanacaq.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 24 noyabr 2021-ci il tarixində “Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaşın xilas edilməsi” mövzusunda praktiki gecə təlimi keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in əməkdaşları Avropa İttifaqının PPRD East3 Şərq Proqramı çərçivəsində təşkil olunmuş beynəlxaq vebinarda iştirak edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Naziriyinin əməkdaşları “İsveçin böhranların idarəedilməsi sistemində qurumlararası əlaqələndirmə və ictimai xəbərdarlığın artırılması” mövzusunda keçirilən vebinarda iştirak ediblər.  İsveçin Mülki Fövqəladə Hallar Agentliyinin (MSB)  tərəfindən təşkil edilmiş vebinara Avropa İttifaqının (Aİ) Şərq və Cənub tərəfdaşlığı, o cümlədən Aİ-yə üzv ölkələrin mülki müdafiə və......

Ardını oxu