Geri

Biləsuvar rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Biləsuvar rayon 6 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması yolları barədə danışılıb. Həmçinin, fövqəladə hallar baş verdikdə zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatından söz açılıb.

Bundan başqa, tədbirdə ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları barədə də məlumat verilib.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

12-14 oktyabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlimə Dəstənin idarə heyəti və qrup rəhbərləri, eləcə də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları fövqəladə hallar üzrə yerli idarəetmə orqanı qismində cəlb olunub....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Carlsberg Azerbaijan” MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu