Geri

FHN-in Cənub Regional Mərkəzində birgə qərargah məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyi Baş Əməliyyat idarəsinin təşkilatçılığı və Nazirliyin Cənub Regional Mərkəzinin koordinatorluğu ilə 29-30 sentyabr 2021-ci il tarixlərində Mərkəzin və onun əhatə etdiyi ərazidə yerləşən Nazirliyin yerli qurumlarının birgə fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda qərargah məşqi keçirilib.

Pandemiya qaydalarına uyğun olaraq onlayn formatda keçirilən birgə qərargah məşqində əsas məqsəd Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və effektli qərarların qəbul olunması, əhalinin vaxtında xəbərdar edilməsi, zamanında zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üzrə rəhbər və zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Birgə qərargah məşqində verilən əməliyyat tapşırıqları şəxsi heyət tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Məşqin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, yaranan suallar cavablandırılıb.

 

 

Digər məlumatlar

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları ilə birgə kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə tədbir keçirib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

12-14 oktyabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlimə Dəstənin idarə heyəti və qrup rəhbərləri, eləcə də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları fövqəladə hallar üzrə yerli idarəetmə orqanı qismində cəlb olunub....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Carlsberg Azerbaijan” MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu