Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti məktəbəqədər müəssisələrdə maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Nərimanov rayon 165 nömrəli körpələr evi-uşaq baxçasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən isə Biləsuvar şəhər Mübariz İbrahimov adına Baxça-Məktəb-Liseydə yanğına qarşı maarifləndirmə tədbiri keçirilib.

Müəssisələrin rəhbər, müəllim və texniki işçilərinin iştirak etdiyi tədbirlərdə FHN-in mütəxəssisləri tərəfindən yanğın təhlükəsizliyi qaydaları, xüsusilə göstərilən müəssisələr üçün xarakterik olan qaydalar barədə ətraflı məlumat verilib. Eyni zamanda, ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, bina və qurğuların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə olmasının vacibliyi qeyd edilib. Bundan əlavə, ilkin yanğınsöndürmə vasitələrindən istifadə və yanğın baş verdikdə zəruri davranış qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

12-14 oktyabr 2021-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. Təlimə Dəstənin idarə heyəti və qrup rəhbərləri, eləcə də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları fövqəladə hallar üzrə yerli idarəetmə orqanı qismində cəlb olunub....

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

15 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Carlsberg Azerbaijan” MMC-də “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu

Biləsuvar rayonunda “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi ilə birgə Biləsuvar rayon 6 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu