Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Nizami rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə FHN DYNX-nin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edən daxili xidmət mayoru Mircavad Seyidov, İcra Hakimiyyəti başçısının I müavini Qərib Məmmədov, habelə rayonun aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri, xüsusilə yolkənarı və kommunikasiya xətləri keçən sahələrin quru ot və kol-kosdan təmizlənməsi, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətdə saxlanılmasının vacibliyi və digər tələblər diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 26 iyul 2021-ci il tarixində Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə və təbliğat tədbirləri keçirib. ...

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Masallı rayon İcra Hakimiyyətində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Tovuz regional Meşə Təsərrüfatı Mərkəzinin Cıdırxan meşəbəyliyinin 15 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib....

Ardını oxu